Rusiya qoşunlarının iyulun 20-də Ukraynanın Nikolayev vilayətinin inzibati mərkəzi olan Nikolayev şəhərinə hücumu nəticəsində 20 nəfərədək sakin yaralanıb.
Yerli mətbuat xəbər verir ki, bu barədə Nikolayev vilayət hərbi administrasiyasının rəhbəri Vitali Kim teleqram kanalında bildirib.
O, qeyd edib ki, atəşdən sonra şəhərdə yanğın baş verib, 18 nəfər yaralanıb. Onlardan 9-u xəstəxanaya yerləşdirilib. Yaralılar arasında 5 uşaq da var.
Hücum zamanı ölənlərin də olduğu qeyd edilir. Lakin onların sayı açıqlanmır.
"Rusiyalılar şəhərin mərkəzini vurub. Qaraj və 3 mərtəbəli yaşayış binası yanır. Yanğınsöndürənlər gəliblər", - Nikolayevin hərbi administrasiyasının rəhbəri açıqlamasında bildirib.
Şəhərin meri Aleksandr Senkeviç qeyd edib ki, partlayış nəticəsində ünvanlardan birində üçmərtəbəli yaşayış binasının yaxınlığında nəhəng krater yaranıb.
"Yanğın çox təhlükəlidir. Dövlət Fövqəladə Hallar Xidmətinin xilasediciləri artıq hadisə yerində işləyir. Ətrafda xeyli ziyan dəymiş evlər var. Səhər saatlarında kommunal xidmətlərimiz işləyəcək. Digər ünvanda bir neçə qaraj yanır. Xilasedicilər söndürür", - o əlavə edib.
Rusiya qoşunları iyulun 20-də qanadlı raketlərlə yanaşı, kamikadze pilotsuz uçuş aparatlarından da istifadə etməklə Ukraynaya gecə hücumu həyata keçirib.
Bildirilib ki, Odessa şəhərində, Odessa vilayətində, həmçinin Nikolayev vilayətində və Sumıda bir neçə silsilə partlayış səsləri eşidilib.
Rusiyanın Ukraynanın Nikolayev şəhərinə hücumu nəticəsində 18 nəfər xəsarət alıb, ölənlər var
20
iyul
11:06

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat