İsveçin Bağdaddakı səfirliyi yanğından sonra növbəti xəbərdarlığa qədər fəaliyyətini dayandırıb. 
Xarici media xəbər verir ki, bu barədə Skandinaviya krallığı səfirliklərinin rəsmi saytında dərc edilmiş məlumatda deyilir.
“İyunun 29 və 30-da və iyulun 20-də Bağdaddakı İsveç səfirliyi qarşısında nümayişlər keçirildiyinə görə səfirlik növbəti xəbərdarlığa qədər ziyarətçilər üçün bağlıdır. Pasportların verilməsi və fövqəladə hallar üçün sənədlərin hazırlanması dayandırılıb”, - deyə məlumatda bildirilir.
 
*** 09:48
Bağdadda Quranın yandırılması aksiyasına etiraz olaraq iraqlılar İsveç səfirliyinin binasına soxulublar.
Xarici KİV xəbər verir ki, etirazçılar səfirliyi ələ keçirib və yandırıblar.
Səfirlik əməkdaşlarından heç biri xəsarət almayıb.
Daha əvvəl bildirilmişdi ki, İsveç polisi  iyulun 12-də Helsinqborqun mərkəzində dini kitabın yandırılması ilə nümayişin keçirilməsinə icazə verib. Hadisədən sonra BMT Quran və digər müqəddəs kitabların yandırılmasını pisləyən qətnamə qəbul edib.
скачать dle 12.1