“Xatırlatmaq istəyirəm ki, Ankara Rusiya, Azərbaycan və liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının tərəfi deyil və məhz bu sənəd əsasında Rusiyanın sülhməramlı kontingenti Qarabağa yerləşdirilib”.
Xarici media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova həftəlik brifinq zamanı deyib. 
Zaxarova Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya sülhməramlılarının 2025-ci ildə Qarabağı tərk etməli olduqlarını və bunun 9 noyabr 2020-ci il tarixli üçtərəfli sazişlərdə nəzərdə tutulması barədə bəyanatını şərh edərkən deyib: 
“Məhz bu sənəddə həm kontingentin regionda qalma müddəti, həm də onun növbəti beşillik müddətə mümkün uzadılmasının parametrləri aydın şəkildə göstərilib. Rusiya sülhməramlıları Qarabağda mühüm sabitləşdirmə rolunu davam etdirirlər. Onun əsas funksiyası atəşkəsi qorumaqdır. Regionda davam edən gərgin vəziyyəti nəzərə alaraq, onların bölgədəki fəaliyyətinə daha çox tələbat var. Cənubi Qafqazda sülhün qorunması həm Azərbaycanın, həm Ermənistanın, həm də mənə elə gəlir ki, o cümlədən Türkiyənin maraqlarına uyğundur. Bu baxımdan, biz Ağdam rayonunda Rusiya-Türkiyə birgə mərkəzi çərçivəsində türkiyəli tərəfdaşlarla əlaqələndirilmiş qarşılıqlı əlaqəni qeyd edə bilərik”. 
скачать dle 12.1