Kanada Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə cavab olaraq bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq edib.
Bu barədə Kanadanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Kanada Rusiyanın hərbi sənaye kompleksi ilə əlaqəli 20 fiziki və 21 hüquqi şəxsə və Rusiyanın mədəniyyət və təhsil sektorları ilə əlaqəli 19 fiziki və 4 hüquqi şəxsə qarşı sanksiya tətbiq edir.
Sanksiya tətbiq olunan şəxslər arasında "Vaqner" Qrupunun filialının rəhbəri İvan Maslov da daxil olmaqla, həm Ukraynada, həm də Afrikada fəaliyyət göstərən "Vaqner" Qrupunun rəhbərləri var.
“Sanksiyalar Rusiyanın nüvə sektorunun liderlərini də hədəfləyir ki, Kremlin Ukraynada, xüsusən də Zaporojye Atom Elektrik Stansiyasında nüvə insidenti riskini əhəmiyyətli dərəcədə artıran ehtiyatsız hərəkətlərinə qarşı təzyiqi gücləndirsin. Sanksiyalar həmçinin "Orlan-10" pilotsuz uçuş aparatının inkişafı, istehsalı və tədarük zəncirində iştirak edən bir sıra rusiyalıları da hədəf alır.
Kanada eyni zamanda, Kremlin Ukrayna mədəniyyətini ruslaşdırmaq səylərini dəstəkləyən şəxslərə də sanksiya tətbiq edir”, - Kanada XİN-in məlumatında qeyd olunub.
Kanada Rusiyaya yeni sanksiyalar tətbiq edib
20
iyul
18:54

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat