Həmin turnirdə döyüşən MMA ustası Tofiq Musayev və MMA döyüşçüsü Vüqar Kərəmov inamlı qələbə qazanıblar.
Onu da bildirək ki, MMA döyüşlərinə həsr edilmiş Rizin Qran-Prisi dünyada ən çox baxılan idman yarışlarından biridir.
Sevindirici haldır ki, bu dəfəki yarışlarda həmyerlilərimiz öz güclərini sınayıblar. Həm idmanımız adına, həm də ki, ölkəmizin tanınması baxımından belə yarışlar olduqca vacibdir.