Ermənistan polisinin sabiq rəisi Valeri Osipyan jurnalistlərə bildirib ki, vəzifədə olma dövründə bir sıra qanunsuz əmrlər alıb, amma onları yerinə yetirməyib. Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.
Valeri Osipyan baş nazir Nikol Paşinyanın istefasının yeganə çıxış yolu olub-olmaması barədə suala cavabında deyib ki, qeyri-mümkün heç nə yoxdur.
Paşinyanın “Mənim istefamı əvvəlki hakimiyyətin talançıları tələb edir” bəyanatına toxunan Osipyan vurğulayıb ki, vətəndaş vətəndaşdır: “Bizim dövlətimiz, cəmiyyətimiz üçün faydalı insanlar və alçaqlar həmişə olub".
O, Paşinyan hakimiyyətində cinayətkarların yer almasına eyham vurub: "Alçaqlar indiki hakimiyyətdə də var".
Osipyanın sözlərinə görə, aksiyalara dostlarının hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasına görə qatılıb. Onların arasında dostu, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyan da var. "Mən Vanesyanı təxminən 25 ildir tanıyıram. Onunla hələ Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin edilməzdən əvvəl, mən polis rəisi olarkən tanış olmuşam”.
Valeri Osipyan vurğulayıb ki, polis rəisi vəzifəsində çalışarkən qanunsuz əmrlər alıb, lakin onları icra etməyib.
Xatırladaq ki, Yerevan polisinin sabiq müavini Valeri Osipyan hakimiyyət dəyişikliyindən sonra 2018-ci ilin 10 mayında baş nazir Nikola Paşinyanın təklifi ilə Ermənistanın polis rəisi təyin olunub.
O, 2019-cu ilin 18 sentyabrda istefaya gedib və həmin gün Paşinyanın baş məsləhətçisi təyin edilib. Lakin bu təyinatın ömrü çox az olub. Paşiyan cəmi 20 gün sonra - oktyabrın 8-də Ospiyanı vəzifəsindən azad edib.
Ermənistanın keçmiş polis rəisi Paşinyana “alçaq” dedi
13
noyabr
09:39

Qarabağ
KOMMENTLƏR
Ermənistan MTX-nin keçmiş direktoru saxlanıldı
"Paşinyan ancaq bütün erməni xalqını həbs edərək hakimiyyətdə qala bilər" - Sağatyan
Ermənistanın "Vətən" muzdlu dəstəsi DARMADAĞIN EDİLİB
Nikol Paşinyanın “gizli silahı”...
Keçmiş xüsusi xidmət direktorunu hansı ölkə ələ almışdı? - ERMƏNİSTANDA YENİ QALMAQAL
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat