Ukrayna ordusu Rusiya hərbçilərini Donetsk vilayətinin Avdeyevka rayonundakı mövqelərindən uzaqlaşdırıb.
Həmçinin müdafiə qüvvələri Liman-Kupyansk istiqamətində rusiyalıların hücumunun qarşısını alıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah spikeri Pavel Kovalçuk telemarafonun efirində məlumat verib.
“Müdafiə qüvvələrinin hücum əməliyyatları zamanı düşmən Avdeyevkanın cənubundakı mövqelərdən geri çəkilməyə məcbur oldu”, - deyə o qeyd edib.
Bundan əlavə, onun sözlərinə görə, Baxmut istiqamətində Ukrayna hərbçiləri şəhərin cənubunda hücum əməliyyatlarını davam etdirirlər.
O, düşmənin ehtiyatlardan istifadə edərək müqavimət göstərməyə davam etdiyini, şiddətli döyüşlərin getdiyini vurğulayıb.
Eyni zamanda, müdafiə qüvvələri Melitopol və Berdyansk istiqamətlərində hücum əməliyyatları aparır və işğal olunmuş xətlərdə möhkəmlənərək düşmənə xeyli itki verirlər.
Mənbə: RBC-Ukrayna
Ukrayna ordusu rusiyalı hərbçiləri Avdeyevka mövqelərindən uzaqlaşdırdı
02
avqust
14:39

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat