Ukraynanın müvəqqəti olaraq işğal olunmuş Mariupol şəhərində ukraynalı partizanlar kütləvi şəkildə rusiyalı zabitləri zəhərləyiblər.
Bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşenko "Telegram” kanalında məlumat verib. O bildirib ki, şəhər müqavimətinin "Ї” qrupu rusiyalı hərbçilərə qarşı yeni təxribat törədiblər.
"Hərbi obyektlərdən birində Dəniz Donanması Gününü qeyd edən zabitlər kütləvi şəkildə zəhərləniblər. 17 rusiyalı hərbçi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, onlardan ikisi artıq dünyasını dəyişib. Qalan 15 əsgərin taleyi hələ məlum deyil”, - deyə Andryuşenko qeyd edib.
Onun sözlərinə görə, rusiyalı hərbçilər qidaya sianid və pestisidlərin qatılmasından şübhələnirlər.
Mənbə: UNİAN
Ukraynada partizanlar çox sayda rusiyalı zabiti zəhərlədilər: Ölənlər var
02
avqust
18:20

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat