Ukraynalı boksçu Aleksandr Usık peşəkar karyerasını başa vurduqdan sonra planlarından danışıb.
“Əvvəlcə mən etməli olduğum işi bitirəcəyəm. Mənim yolum, mirasım. Bundan sonra nə olacaq, bilmirəm. Ola bilsin, mən milli komandanın baş məşqçisi olacam və Ukrayna boksçularını Olimpiya oyunlarına hazırlayacağam. Ya da ola bilsin ki, mən prezidentliyə namizəd olacam”, - Lant.az-ın xarici mediaya istinadla xəbərinə görə, Usık bildirib.
Martın 2-də Aleksandr Usik və Tayson Fyuri arasında döyüşün baş tutmayacağı məlum olub. Bu rəqiblər arasında döyüş bu ilin aprelində keçirilməli idi.
Usik sonuncu dəfə keçən il avqustun 20-də Səudiyyə Ərəbistanında döyüşüb və britaniyalı Entoni Coşuanı məğlub edib. Ukraynalı Beynəlxalq Boks Federasiyası (IBF), Ümumdünya Boks Təşkilatı (WBO), Beynəlxalq Boks Təşkilatı (IBO) və Ümumdünya Boks Assosiasiyasının (WBA) versiyasına görə dünya çempionu titullarını qoruyub.
Bu il avqustun 26-da Usik britaniyalı boksçu Daniel Dyubua ilə qarşılaşacaq. Bu, WBA-Super, WBO, IBF, IBO (Usikin 2-ci müdafiəsi), The Ring (Usikin 1-ci müdafiəsi) ağır çəki dərəcələri üçün döyüş olacaq.
Məşhur boksçu prezident ola bilməsə, nə edəcək? – Özü AÇIQLADI
04
avqust
12:40

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat