O, həmkarı Berk Cankatla sevgilidir. İlk dəfə münasibəti haqqında danışan Ünsal, sevgilisi ilə aralarının çox yaxşı olduğunu bildirib:
“Berk mənim üçün çox yaxşı seçimdir. Mən də ona yaxşı təsir edirəm. Biz uzun müddətdir bir-birimizi tanıyırıq. Daha çox vaxt keçirdikcə, münasibətə başlamağa qərar verdik”.
Qeyd edək ki, Sinem Ünsal bir neçə il əvvəl yayımlanan “Mucize Doktor” serialı ilə məşhurlaşmışdı. Onun atası əslən azərbaycanlıdır.

