Bu gün Rusiyadan geniş tərkibli nümayəndə heyəti atəşkəsdən sonra Qarabağda görüləcək işlərlə bağlı danışıqlar aparmaq üçün Ankaraya gedəcək. Görüşlər Türkiyənin Xarici İşlər və Müdafiə Nazirliyində baş tutacaq və Qarabağda görüləcək işlər, texniki məsələlər ətrafında danışıqlar aparılacaq.
Məlumatı Türkiyə mətbuatı yazıb. Qeyd olunub ki, bu barədə açıqlamanı ölkənin müdafiə naziri Hulusi Akar verib.
Rusiyadan gələn nümayəndə heyətinin əvvəlcə Xarici İşlər Nazirliyində görüşlər keçirməsi planlaşdırılıb. Günortadan sonra isə Müdafiə Nazirliyində görüşlər keçiriləcək.
Məlumata görə, Rusiyadan təxminən 20 nəfərlik böyük bir qrup gələcək.
Yüksək səviyyəli nümayəndə heyətləri tərəfindən keçiriləcək görüşlərdə taktiki və texniki cəhətdən kimin harada duracağı, neçə nəfər olacağı, hansı fəaliyyətlərin həyata keçiriləcəyi məsələləri müzakirə olunacaq. Lent.az
Rusiya nümayəndə heyəti bu gün Ankaraya gedir
13
noyabr
13:31

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat