“Türkiyənin Dağlıq Qarabağda güc tətbiqinə əsaslanan həll ssenarisi ilə bağlı ardıcıl mövqeyi Rusiyanın nöqteyi-nəzərinə ziddir, lakin bu, ölkələr arasında sıx əməkdaşlığa mane olmur”.
Bakısəsi APA-ya istinadən məlumat verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Türkiyə Dağlıq Qarabağda güc tətbiqinə əsaslanan həll ssenarisi ilə bağlı ardıcıl mövqe tutub: “Bununla əlaqədar olaraq, türkiyəli həmkarlarımızla ciddi şəkildə razılaşmadıq və razılaşmırıq. Bu, ən yüksək səviyyələr də daxil olmaqla bütün səviyyələrdə sıx əməkdaşlığımızı davam etdirməyimizə mane olmur. Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daim dialoqdadırlar. Müəyyən fikir ayrılıqlarının olması halında, prezidentlərin münasibətləri, lazım gəldikdə, bir sıra regional problemlərin həllini asanlaşdırmaq üçün səylərimizi birləşdirməyə imkan verir”.
Kremlin sözçüsü Putin və Ərdoğanın Rusiya, Azərbaycan və Ermənistan liderlərinin birgə bəyanatına hazırlıq zamanı danışdıqlarını təsdiq edib: “Ümumilikdə, Rusiya və Türkiyənin maraqların üst-üstə düşmə nöqtələri çoxdur. Hər iki ölkə makroregionda sabitliyin olmasında maraqlıdır. Rusiya ilə Türkiyənin ticarət-iqtisadi əməkdaşlıq, investisiya əməkdaşlığı baxımından bir çox qarşılıqlı maraqları var. Əməkdaşlıq həm Moskvanın, həm də Ankaranın maraqlarına cavab verir”.
Putin və Ərdoğan daim dialoqdadırlar - Rəsmi Moskva
13
noyabr
14:54

Qarabağ
KOMMENTLƏR
İlham Əliyev Putinlə Türkiyə sülhməramlıları haqda danışdı
Putin Ərdoğanın Qarabağ probleminin həlli ilə bağlı təklifini qəbul edib
Putin Təhlükəsizlik Şurasının iclasında Qarabağı müzakirə edib
Ərdoğanla Putin telefonla danışıb
Putin və Ərdoğan Azərbaycanla Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat