İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə regionda hər hansı düşmənçilik hərəkətləri, o cümlədən gəmilərin ələ keçirilməsi ilə bağlı xəbərdarlıq edib.
“Mehr” agentliyi xəbər verir ki, bunu SEPAH-ın sözçüsü, general Ramezan Şərif deyib.
"İran o qədər yüksək güc və imkanlar səviyyəsinə çatıb ki, ABŞ-ın istənilən hərəkətinə və regionda zərərinə, o cümlədən gəmilərin ələ keçirilməsinə eyni şəkildə cavab verə bilər", - deyə general bildirib.
“Son illərdə İran və ABŞ arasında baş verən istənilən birbaşa gərginlikdə region ölkələri Amerikanın zəifliyini və İran Respublikasının gücünü görüb və başa düşüblər ki, Fars körfəzinin təhlükəsizliyini öz sahilyanı ölkələr təmin etməlidir, - Şərif əlavə edib.
O bildirib ki, İran Fars körfəzi sularında gizlənən ABŞ hərbi gəmilərini öz təhlükəsizliyinə təhdid, regionda gərginlik və qeyri-sabitlik mənbəyi kimi görür.
SEPAH-dan ABŞ-yə XƏBƏRDARLIQ
08
avqust
11:04

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat