Pakistanda həbs edilən keçmiş baş nazir İmran Xanla bağlı ciddi iddia irəli sürülüb.
Xarici media xəbər verir ki, İmran Xanın partiyasının sədr müavini Şah Mehmud Qureşi keçmiş baş nazirin həyatının təhlükədə olduğunu bildirib.
Avqustun 5-də həbs edilən İmran Xan vəkili ilə görüşüb. Şah Mehmud Qureşi bu görüşün təfərrüatlarını bölüşüb. O bildirib ki, İmran Xanın həyatına görə narahatıq:
"Bizim prioritetimiz İmran Xanın təhlükəsizliyidir. Onun həyatının təhlükə altında olduğuna dair əlimizdə dəlillər var. Mən ölkənin yüksək məhkəmələrini bunu nəzərə almağa çağırıram. İmran Xanın məhbus kimi hüquqları verilməyib. Biz onunla əlaqə gurmaqda çətinlik çəkirik. Ona hansı yeməklərin verildiyini və orada necə davranıldığını bilmirik. Məhkəmə qərarı onun Adiala həbsxanasına köçürülməsi idi, lakin bunun əvəzinə Attock həbsxanasına aparıldı və bunun niyə belə olduğunu bizə izah edən olmadı ".
скачать dle 12.1