Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya məxsus iki mənzil və malikanə Britaniya hakimiyyəti tərəfindən müsadirə edilib.
Zakon.kz xəbər verir ki, "Fraud Office" (SFO) Böyük Britaniyada Gülnarə Kərimovaya məxsus üç dəbdəbəli mülkü müsadirə etdiyini açıqlayıb. Əmlakın dəyəri 25 milyon dollardan çoxdur.
"Biz əmlakın müsadirə edilməsi üçün bir neçə ofşor hesabı və şirkətləri əhatə edən mürəkkəb maliyyə sxemini aşkar etdik. Bu qərar bizim işimizdə və Böyük Britaniyada çirkli pulların kökünü kəsmək üçün davam edən səylərimizdə irəliyə doğru bir addımdır", - SFO-nun baş direktoru Lisa Osovski bildirib.
Britaniya hüquq-mühafizə orqanlarının məlumatına görə, Gülnarə Kərimova və ailəsi bu əmlakı Özbəkistandakı korrupsiya fəaliyyətindən əldə edilən gəlirlə alıb.
SFO həmçinin iddia edir ki, Kərimova 2004-2012-ci illər arasında telekommunikasiya şirkətlərindən Özbəkistan bazarına çıxış əldə etməkdə köməklik etmək müqabilində yüz milyonlarla dollar rüşvət alıb.
Özbəkistan Baş Prokurorluğunun məlumatına görə, Gülnarə Kərimovanın xaricdəki aktivləri 1 milyard dollardan çox qiymətləndirilir. Gülnarə Kərimova həmçinin Lombard Odierdə olan 7 İsveçrə bankında 30 hesaba və 8 seyfə nəzarət edir.
Ötən il Özbəkistan Baş Prokurorluğu Kərimovanın cinayət yolu ilə əldə etdiyi 1,3 milyard dollardan çox əmlakının qaytarılması üçün ABŞ, İsveçrə, Fransa, Rusiya və Latviya kimi xarici ölkələrlə danışıqlar apardığını bildirmişdi. Özbəkistan tərəfi müsadirə olunan məbləğin qaytarılması üçün BMT-nin Çoxtərəfli Etimad Fondu yaradılacağını bəyan edib.
Bir vaxtlar atasının mümkün varisi hesab edilən Gülnarə Kərimova 2014-cü ildə atası hələ vəzifədə olarkən korrupsiya ittihamı ilə həbs edilib.
2015-ci ildə məhkəmə Gülnarə Kərimovanı 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. 2020-ci ilin martında Daşkənd Şəhər Cinayət Məhkəməsi yeni iş üzrə Kərimovanı 13 il 4 ay müddətinə azadlıqdan məhrum edib. O, sui-qəsd, qəsb, mənimsəmə və soyğunçuluq, çirkli pulların yuyulması və digər cinayətlərdə təqsirli bilinib.
Gülnarə Kərimovanın 25 milyonluq mülkü müsadirə edildi
09
avqust
10:11

Qarabağ
KOMMENTLƏR
Fransa rusiyalı oliqarxın 23 milyonluq villasını müsadirə etdi
Gülnarə Kərimovanın 131 milyon dolları ilə bağlı qərar verildi
Əli Həsənovun bacanağının 36 milyon manatlıq əmlakı MÜSADİRƏ EDİLDİ
Londonda saxladığı milyonları Zamirə Hacıyevadan niyə ala bilmədik - SƏBƏBLƏR
Gülnarə Kərimovanın oğurladığı milyardlardan 131 milyon dolları geri qaytarılır
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat