Ekvadorun paytaxtı Kiotoda prezidentliyə namizəd Fernando Villavicencio seçki mitinqindən sonra öldürülüb.
Xarici KİV xəbər verir ki,  naməlum şəxslər Fernandoya atəş açıblar. Nəticədə o, başından üç güllə yarası alaraq həyatını itirib.  
Siyasətçinin ölümünü ölkə prezidenti Gilermo Lasso təsdiqləyib.
İnsident nəticəsində daha 8 nəfər yaralanıb. Onlardan 7-si xəstəxanaya yerləşdirilib. Polislər hücumda şübhəli bilinən şəxsin də öldüyünü açıqlayıb.  
Son sorğulara görə, Villavicencio prezidentlik uğrunda mübarizədə qalib gəlmək üçün kifayət qədər səs toplaya bilməyib.
Ekvadorda seçkilər avqustun 20-də keçiriləcək. 
скачать dle 12.1