Bu ilin yanvar-iyul aylarında Azərbaycan iki milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,8% çoxdur.
Təkcə iyulda isə qeyri-neft ixracının dəyəri 233,2 milyon ABŞ dolları olub ki, bu da bir il əvvələ nisbətən 0,4% çoxdur.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2021-ci illə müqayisədə 12,3% artaraq 3 milyard 47,67 milyon ABŞ dolları təşkil edib.
Son bir ildə Azərbaycan elektrik enerjisi ixracını 5,5 dəfə, spirtli və spirtsiz içkilərin ixracını 4,4 dəfə, şəkər ixracını 53,1%, meyvə-tərəvəz ixracını isə 46,6% artırıb.
Yeddi ay ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 540,2 milyon ABŞ dolları təşkil edib ki, bu da 10,6% artım deməkdir. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər isə ötən ilin eyni dövrü ilə müqayisədə 41,3% artaraq 119,4 milyon ABŞ dolları təşkil edib.
Ötən ay yeyinti məhsulları üzrə ixracın dəyəri 60,1 milyon ABŞ dolları (2,7% az), qeyri-yeyinti məhsulları üzrə ixracın dəyəri isə 173,2 milyon ABŞ dolları (1,5% çox) olub.
Azərbaycan qeyri-neft ixracını 18 faiz artırıb
10
avqust
18:15

Qarabağ
KOMMENTLƏR
Azərbaycan sitrus meyvələrinin ixracını 10 dəfəyədək artırıb
"Azərbaycanın qeyri-neft məhsullarının ixracı 3 milyard dolları ötüb" - Nazir
Nazir qeyri-neft-qaz sektoruna yönəldilmiş vəsaitin məbləğini AÇIQLADI
Türkiyə Azərbaycan istisna olmaqla digər ölkələrə ət ixracını dayandırdı
Azərbaycanın idxal-ixracında əsas məhsulların və tərəfdaş ölkələrin
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat