Rusiya Daxili İşlər Nazirliyi 100-dən çox insanın ölümünə və yaralanmasına səbəb olan Donbassın atəşə tutulmasında ittiham olunan Ukrayna Silahlı Qüvvələrinin baş komandanının müavini Yevgeni Moysyukun da olduğu 3 ukraynalı generalı cinayət maddəsi ilə axtarışa verib.  
TASS xəbər verir ki, bu barədə Rusiya DİN məlumat yayıb. 
"Ukrayna Silahlı Qüvvələrinin baş komandanının müavini, general Yevgeni Moysyuk, Ukrayna Silahlı Qüvvələrinin general-mayorları İqor Palahnyuk və Andrey Kovalçuk da cinayət maddəsi ilə axtarışa verilib", -  məlumatda deyilir. 
скачать dle 12.1