Çinin müdafiə naziri Li Şanfu avqustun 14-19-da Rusiyaya səfər edəcək və XI Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edəcək, həmçinin Belarusda görüşlər keçirəcək.
Bu barədə Çin Müdafiə Nazirliyi öz saytında məlumat yayıb.
“Rusiya müdafiə naziri Sergey Şoyqu və Belarusun müdafiə naziri Viktor Xreninin dəvəti ilə dövlət müşaviri, müdafiə naziri Li Şanfu 11-ci Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak etmək üçün avqustun 14-dən 19-dək Rusiyaya və Belarusa səfər edəcək”, – məlumatda deyilir.
Rusiyada Li Şanfu konfransda təqdimatla çıxış edəcək, Rusiya rəhbərliyi və müdafiə naziri ilə görüşəcək. Nazirlikdən bildirilib ki, Belarusa səfəri çərçivəsində Çin Müdafiə Nazirliyinin rəhbəri Belarusun dövlət və hərbi rəhbərləri ilə görüşlər və danışıqlar aparacaq, həmçinin Belarusun hərbi hissələrinə baş çəkəcək.
Çinin müdafiə naziri Şoyqunun dəvəti ilə Rusiyaya gedəcək
14
avqust
12:40

Qarabağ
KOMMENTLƏR
- Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi
- İcra başçısı özünə yeni müavin təyin etdi
- "Onunla danışıqlar aparmaq çətindir" - Tramp
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar