Türkiyənin pop ulduzu, unudulmaz performansı və səhnə şousu ilə izləyicilərin rəğbətini qazanan Hadisə avqust 26-da “Dalğa Fest”də açıq hava konserti verəcək.
İndiyədək türkiyəli pop ulduza bir neçə dəfə Bakıda açıq hava altında konsert vermək təklifi edilsə də, heç vaxt razılaşmayıb. Bu, Hadisənin Azərbaycanda açıq hava altında ilk solo konserti olacaq.
26 avqustda baş tutacaq konsertin biletləri 30 manatdan başlayır. Biletləri “iticket.az” “Dalğa Beach”dən və şəhərin bütün kassalarından əldə edə bilərsiniz.
Qeyd edək ki, “Dalğa Fest” də artıq bu yayın ən böyük üç konserti - Xalq artistləri Miri Yusifin, Röya Ayxan və Türkiyənin məhşur muğənnisi Murat Bozun konsertləri böyük izdihamla qarşılanıb.
Xatırladaq ki, Azərbaycanda ən böyük su parkı olan “Dalğa Beach Aquapark Resort” Bakının Mərdəkan qəsəbəsində, şəhərin mərkəzindən 37 km, hava limanından isə 17.2 km məsafədə yerləşən, müasir çimərlik istirahəti və əyləncə mərkəzidir.
Hadisə Bakıya gəlir - İlk dəfə açıq havada konsert verəcək
14
avqust
15:05

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat