“Bunu təkrarlamağı dayandırmayacağam: Təəssüf ki, Minsk Qrupu nədənsə münaqişəni həll etməyə qadir bir quruluş kimi qəbul edilirdi. Bir çox rusiyalı mütəxəssis və siyasətçi də belə düşünürdü. Minsk Qrupundan imtina etməyə çağırdığım üçün məni qınayırdılar”.
Bu sözləri Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan bəyanatla bağlı fikirlərini Media.az-a şərh edərkən bildirib.
O, bunun çoxdan gözlənilən olduğunu vurğulayıb:
“Başqa necə olmalı idi ki? Xüsusilə Fransa münaqişə tərəflərindən birinə dəstək olmaqla əsl simasını göstərdi. Elə ABŞ da konkret bir mövqe tuta bilərdi, sadəcə onlar bu hayda deyildilər. Bəs bu əlaqə qrupu niyə saxlanılmalıdır?”
O, Rusiyanın bu formatda münaqişənin ədalətli həllinə təsir göstərə bilmədiyini qeyd etdi.
“Yaxşı ki, bu həll oldu, amma heyf ki, böyük qurbanlar bahasına. Təsəvvür edin ki, məsələ yenidən Minsk Qrupuna həvalə edilsəydi, nə baş verəcəkdi? Sonsuz görüşlər, söhbətlər, süründürməçilik... Bunların hamısını Rusiya və Azərbaycan prezidentləri mükəmməl anlayırdılar, ancaq Ermənistanın baş naziri Nikol Paşinyanın simasında üçüncü tərəf başa düşmürdü”, - deyə rusiyalı deputat vurğuladı.
“Vladimir Putin və İlham Əliyev hər şeyi anlayırdılar, təkcə Paşinyan başa düşmürdü” - Rusiyalı deputat
14
noyabr
23:19

Qarabağ
KOMMENTLƏR
Minsk Qrupu necə TARİXƏ ÇEVRİLDİ... - “O ölüb və basdırılıb”
“Putin münaqişənin məhz hərbi yolla həllini ehtimal edirdi”
Putin bunu Paşinyana mütləq deməlidir, əks halda... - Ərdoğandan sərt mesaj
“Azərbaycan balanslaşdırılmış siyasət yürütmür” - Deputat
Hikmət Babaoğlu: Zatulinin mövqeyi Rusiyanın rəsmi siyasi mövqeyinə ziddir
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat