Ekvadorun paytaxtı Kito dünən gecə qumbaraatan hücumları və iki bomba yüklü avtomobilin partladılması ilə sarsılıb.
Bundan bir neçə saat sonra altı həbsxanada məhbuslar 57 həbsxana gözətçisini və polisi girov götürüblər.
Bu barədə ölkədə yetkinlərin və yetkinlik yaşına çatmayanların cəza çəkməsi ilə məşğul olan xidmətdən məlumat verilib.
Bildirilir ki, mühafizəçilər və polis əməkdaşları qadağan olunmuş əşyaları müsadirə etmək üçün hüquq-mühafizə orqanları əməkdaşlarının həbsxanalara daxil olmasına cavab olaraq, cinayətkar dəstələrin üzvləri tərəfindən girov götürülüblər.
Agentlik, həmçinin Kitodakı yetkinlik yaşına çatmayanlar üçün həbsxanada iğtişaş cəhdi barədə xəbər verib. Cinayətkarların hərəkətləri nəticəsində cəzaçəkmə müəssisəsində yanğın baş verib, zərərçəkənlər barədə məlumat yoxdur.
Qeyd edək ki, Ekvadorda son illərdə cinayətlərin sayı kəskin artıb. İyul ayında hakimiyyət eyni gündə baş verən bir neçə iğtişaşa görə ölkənin bütün həbsxanalarında 60 gün müddətinə fövqəladə vəziyyət elan edib. Avqustun 10-da isə prezidentliyə namizəd Fernando Vilyavisensioya sui-qəsdlə əlaqədar respublikada ümumi fövqəladə vəziyyət elan edilib.
Mənbə: TASS
Ekvadorda altı həbsxanada qiyam: 50-dən çox mühafizəçi və polis girov götürülüb
01
sentyabr
11:20

Qarabağ
KOMMENTLƏR
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi