Mahir Emreli 2023/24 mövsümü Xorvatiya çempionatında 2-ci qolunu vurub.
“Dinamo”nun (Zaqreb) azərbaycanlı hücumçusu  Xorvatiya çempionatının 6-cı turunda “Osiyek”lə səfər matçında fərqlənib. 30-cu dəqiqədə meydana daxil olan Mahir 70-ci dəqiqə başla topu rəqib qapısından keçirib. Onun komandası isə əzmkarlıq göstərərək yekunda 0:2 hesabı ilə geridə olduğu matçda qələbə qazanıb - 3:2.
Qeyd edək ki, M.Emreli "Dinamo”da bu mövsüm 9 oyuna 3 qol vurub, 1 qolun isə ötürməsini edib. O, 2 dəfə yerli liqada, 1 dəfə isə Çempionlar Liqasının təsnifat mərhələsində rəqib qapısına yol tapıb. скачать dle 12.1