Varşava hərbi yaşda olan ukraynalı kişiləri Kiyevə təhvil verməyə başlayıb.
Bu barədə Polşanın "Rzeczpospolita" nəşri məlumat yayıb.
"Polşa hakimiyyəti ölkəni tərk etmiş kişiləri Ukraynaya ekstradisiya etməyə başlayıb", - nəşr yazıb.
Qeyd edək ki, Rusiya ilə müharibə başlayandan dərhal sonra 18-60 yaş arası kişilərin Ukraynadan çıxışına qadağa qoyulub. Nəşr yazır ki, ötən ilin fevral ayından bəri 80 min hərbi yaşda olan ukraynalı kişi Polşada qalıb, lakin onlar Ukraynaya qayıtmayıblar.
Ukrayna prezidentinin Ali Radadakı nümayəndəsi, parlamentin deputatı Fedor Venislavski: "Bu, Ukrayna üçün əhəmiyyətli rəqəmdir, çünki bu insanlar səfərbər oluna və silahlı qüvvələrimizin sıralarını gücləndirə, bununla da müdafiə və təhlükəsizliyimizi gücləndirə bilərlər", - deyib.
Polşa ukraynalı kişi qaçqınları Kiyevə ekstradisiya edir
04
sentyabr
15:05

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər