İşğal altında olan Qarabağdakı separatçıların dini lideri Parqev Martirosyan infarkt keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sputnik-Armenia” xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, Qarabağdakı erməni kilsəsinin baş keşişi, Erməni Apostol Kilsəsinin Qarabağ yeparxiyasının başçısı, arxiyepiskop Parqev Martirosyanın bir neçə gün əvvəl infarkt keçirib və hazırda İrəvandadır.
Arxiyepiskopun yaxın vaxtlarda əməliyyat üçün ABŞ-a göndəriləcəyi bildirilir.
Məlumat üçün bildirək ki, Parqev Martirosyan 1954-cü ilin 20 mart tarixində azərbaycan SSR-nin Sumqayıt şəhərində Qurqen Martirosyan adı ilə anadan olub. Ailəsinin əsli Şəmkir rayonunun Çardaxlı kəndindəndir. Ailə 1966-cı ildə İrəvan şəhərinə köçüb.
1985-ci ildə Erməni Qriqorian Kilsəsi tərəfindən rahib olaraq qəbul olunub və Parqev adı verilib. 1988-ci ilin noyabr ayında Erməni Qriqorian Kilsəsinin rəhbəri I Vazgen tərəfindən yepiskop rütbəsi verilməklə Erməni Qriqorian Kilsəsinin yeparxiyasının rəhbəri vəzifəsinə təyin olunub. Həmin tarixdən etibarən eyni vəzifəni icra etməkdədir. 1999-cu ildə I Qaregin tərəfindən Arxiyepiskop ali-dini rütbəsi verilib.
Şuşa şəhərinin mərkəzində yerləşən və 1888-ci ildə inşa olunan Qazançetsots kafedralı eyni zamanda Erməni Qriqorian Kilsəsinin Qarabağ yeparxiyasının mərkəzi hesab olunur.
Parqev Martirosyan Qarabağ münaqişəsi başlayandan sonra Qarabağda yaşayan erməni icmasının əsas din xadimi kimi hadisələrin gedişatında aktiv rol almağa başlayıb. Xüsusi ilə 1992-ci ilin 8 may tarixində Şuşanın işağalı zamanı Martirosyanın fəaliyyəti qeyd olunur. Şuşa şəhərinin işğal əməliyyatı başlamamışdan əvvəl arxiyepiskop döyüşçülərə “xeyir-dua” verib, şəhər işğal olunduqdan sonra isə əsgərlərlə birlikdə Qazançetsots kafedralında (Qazançı kilsəsi) əməliyyat zamanı öldürülən erməni əsgərlər üçün dua oxuyub.
Kafedralda keçirilən bu dini ayin 1920-ci ildən sonra keçirilən ilk dini ritual hesab olunur.
Qarabağ müharibəsinin gedişatında “Xaçlılar” adlı könüllü hərbi birləşmənin rəhbəri Karo Kakeçyan və Monte Melkonyana yaxın olduğu iddia edilir. Parqev Martirosyan teologiya mövzusunda yazılmış üç kitabın və bir necə məqalənin müəllifidir. Şotakan Karate üzrə I dan qara kəmər sahibi olan Parqev, eyni zamanda Ermənistan Karate Federasiyasının fəxri prezidentidir.
Qarabağdakı separatçıların dini lideri infarkt keçirib
16
noyabr
15:07

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat