Filippində bir mağazadan aldığı yaşıl rəngli cizgi filmi qəhrəmanı Şrek fiqurunun “Budda” olduğunu düşünərək qadın dörd il ərzində ona dua edib.
 
Xarici media xəbər verir ki, bu, bir gün dostlarından birinin ona dua etdiyi fiqurun əslində cizgi filminin qəhrəmanı Şrek olduğunu söyləyənə qədər davam edib.
Qadını ziyarət edən dostu “Şrek”ə dua etdiyini görəndə çox təəccüblənib. Rəfiqəsi qadına dua etdiyi “Budda” fiqurunun Şrek olduğunu izah edib. Qadının 4 il Şrekə dua etməsi sosial mediada lağ mövzusuna çevrilib. Lakin bir çoxları bu duaların pak olduğunu bildirib.   

скачать dle 12.1