HƏMAS-ın hücumu nəticəsində Rusiyanın İsraildəki 4 vətəndaşı itkin düşmüş sayılır. 
Məlumatı Rusiyanın İsraildəki səfirliyi yayıb. 
Məlumata görə, onların kimliyi hələ ki məlum deyil. 
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 800 nəfər ölüb, 2 750 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib. 
скачать dle 12.1