Əfqanıstanın şimal-qərbində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialından bildirilib.
Məlumata əsasən, zəlzələnin episentri daha əvvəl bir sıra güclü zəlzələlərin qeydə alındığı Herat şəhərindən 37 km şimalda olub.
Episentrdə zəlzələnin intensivliyinə əsasən, zəlzələ “dağıdıcı” kimi qiymətləndirilir.
скачать dle 12.1