Bu barədə aktyor sosial şəbəkə hesabında məlumat yayıb.
"On ildən artıqdır ki, mən hərbi çıxışlarımı arxada qoymuşdum. Ona görə də ətraflı danışmayacağam, sadəcə olaraq bu çətin günlərdə bütün İsrailə sadə sözlərlə deyəcəyəm: Biz qalib gələcəyik. İsrail xalqına və İDF əsgərlərinə salamlar; Bu "Fauda"dan bir səhnə deyi, bu real həyatdır. Uşaqlarımızı qorumaq üçün buradayıq, qalib gələnə qədər dayanmayacağıq. Gəlin qalib gələk", - deyə o qeyd edib.
Qeyd edək ki, aktyor serialda İsrail casus qrupunun üzvü obrazını canlandırıb.