Qəzza zolağı ilə Misir arasındakı sərhəddə yerləşən “Rəfah” keçid məntəqəsi əcnəbilərin Misir ərazisinə keçməsi üçün bu gün açılacaq.
 TASS xəbər verir ki, bu barədə ABŞ-ın İsraildəki səfirliyi məlumatlı mənbələrə istinadən məlumat yayıb.
“Bizə məlumat daxil olub ki, Qəzza zolağı ilə Misir arasındakı “Rəfah” sərhəd keçid məntəqəsi oktyabrın 21-i şənbə günü açılacaq. Ancaq əcnəbi vətəndaşların Qəzzanı tərk etməsi üçün açılan keçid məntəqəsinin nə qədər açıq qalacağı barədə məlumat yoxdur”, - məlumatda bildirilib.
Qeyd edək ki, keçid məntəqəsindən humanitar yardımların çatdırılması üçün də istifadə olunacaq.скачать dle 12.1