Kaliforniyanın cənubunda səhra küləyinin səbəb olduğu meşə yanğınları min hektardan çox ərazini məhv edib.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, meşə yanğınları səbəbindən Riversayd dairəsində 4 mindən çox insan təxliyə edilib.

Oktyabrın 30-dan bəri yanğının miqyasi iki dəfə artıb. Güclü külək alovla mübarizəni çətinləşdirir.

Yanğınsöndürmə xidmətinin məlumatına görə, indiyə qədər yanğının yalnız 10 faizini söndürmək mümkün olub.

Hakimiyyət orqanları 1220 evin 4270 sakininin məcburi təxliyəsi barədə göstəriş verib.

Həmçinin bölgədə bir neçə avtomobil yolu yanğın təhlükəsi səbəbindən bağlanıb.
скачать dle 12.1