Ukrayna Prezidenti Volodimir Zelenski öz ofisinə 2024-cü ilin yazında keçirilməsi planlaşdırılan prezident seçkilərinə hazırlığa başlamaq barədə göstəriş verib.
Bu barədə məlumatı “Espresso” telekanalının efirində ukraynalı deputat Aleksey Qonçarenko açıqlayıb.
“Məndə olan məlumata görə, Volodimir Zelenski gələn il prezident seçkiləri keçirmək barədə qərar qəbul edib. O, öz ofisinə 2024-cü il martın 31-i keçirilməsi planlaşdırılan seçkilərə hazırlaşmağa dair göstəriş verib”, - deyə Ali Radanın deputatı qeyd edib.
Bununla belə, sözügedən məlumat rəsmi olaraq təsdiq olunmayıb.
Qeyd edək ki, Ukraynada qanun hərbi vəziyyət zamanı prezident seçkiləri keçirməyi qadağan edir. Cari ilin oktyabr ayında ölkədə parlament seçkiləri keçirilməli olsa da, hərbi vəziyyət rejiminə görə baş tutmayıb.
“Zelenski prezident seçkilərinə hazırlaşmaq barədə göstəriş verib”
06
noyabr
10:47

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat