Sosial şəbəkələrin erməni seqmentində günlərdir ki, Ermənistan ordusunun Arazboyu ərazilərdə gedən döyüşlərdən qaçan bir qrup əsgərinin İran ərazisinə keçdiyi haqda məlumatlar paylaşılır.
Erməni KİV xəbər verir ki, övladları Cəbrayılda, Zəngilanda və Xocavənd istiqamətində xidmət edən və döyüşlərdə itkin düşmüş valideyinlərə İran səfirliyi ilə əlaqə saxlamaq tövsiyə olunur. Müdafiə Nazirliyinin nümayəndəsi Şuşan Stepanyan isə deyib ki, onlar “müəyyən sayda hərbi qulluqçunun” İran ərazisinə keçməsi barədə informasiyalarla bağlı müvafiq kanallarla bu ölkə ilə əlaqə saxlayır. Amma hələlik İranın Yerevandakı səfirliyindən bu ölkə ərazisində Ermənistan hərbçilərinin olduğunu təsdiqləyən məlumat daxil olmayıb.
Xatırladaq ki, Arazboyu ərazilərdə gedən şiddətli döyüşlər zamanı Azərbaycan ordusunun hücumu qarşısında tab gətirməyən düşmən əsgərlərinin mövqelərini tərk edərək nizamsız şəkildə geri qaçması halları baş verirdi. Bu zaman bir qrup erməni əsgərinin Araz çayını keçərək İrana qaçdığı haqda məlumatlar var idi. Belə ki, döyüşlərdən qaçan düşmən əsgərlərini arxada hərbi polis tərəfindən güllələnmək təhlükəsi gözləyirdi.
Döyüşlərdən qaçıb İrana keçən Ermənistan əsgərləri axtarılır
18
noyabr
15:11

Qarabağ
KOMMENTLƏR
Ermənistan hakimiyyəti əsgər ailələrini belə aldadır: “Övladlarınız İrana keçib“
10 min erməni mövqelərini atıb qaçdı – Erməni general
Düşmən daha 59 hərbçisinin məhv olduğunu etraf etdi
İran bu halda Ermənistana atəş açacağını açıqladı
Bu gecə 10 erməni əsgəri yaralanıb: Birinin vəziyyəti ağırdır - Rəsmi
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat