İtaliyanın Viterbo bölgəsində miqrantların qəbulu mərkəzində partlayış baş verib.
Hadisə nəticəsində biri ağır olmaqla, 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlar arasında azyaşlılar da var. Yaralılar üç helikopterlə Viterbo, Montefiaskone, Siena və Romadakı xəstəxanalara çatdırılıb.
Partlayış binanın çökməsinə səbəb olub. Hadisənin başvermə səbəbi hələlik məlum deyil. Viterbo prokurorluğu müvafiq araşdırmalara başlayıb.
скачать dle 12.1