Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin Ukraynanın yaxın zamanda müharibədə qələbə qazana bilməyəcəyi barədə fikrinə münasibət bildirib.
APA xəbər verir ki, bu barədə Rusiya XİN mətbuat xidməti məlumat yayıb. Zaxarova Borrelin sözlərinə münasibət bildirərkən, bu bəyanatın Rusiyanın qələbəsinin Aİ tərəfindən tanınması mənasını daşıması barədə sual verib:
“Mən düz başa düşürəm? Aİ Rusiyanın qələbəsini rəsmən etiraf edir?”.
Rusiyalı diplomat Aİ rəsmisinin əvvəlki iki bəyanatını müqayisə edib:
“Cozep Borrell ötən ilin aprelində demişdi ki, "Ukraynadakı müharibəni döyüş meydanında qazanmaq lazımdır". Bu gün isə Avropa diplomatiyasının rəhbəri etiraf edib ki, yaxın gələcəkdə Ukraynanın Rusiya üzərində qələbəsi gözlənilmir”, - deyə Zaxarova vurğulayıb.
Qeyd edək ki, Avropa Sosialistləri Partiyasının Malaqa şəhərində keçirilən Konqresi zamanı çıxış edən Borrell deyib ki, ABŞ-ın Ukraynaya yardımı çox güman azalacaq və bu səbəbdən Avropa İttifaqına üzv ölkələr lazım olan əlavə məbləği kompensasiya etmək üçün siyasi cəhətdən hazır olmalıdırlar.
Borrell həmçinin etiraf edib ki, yaxın gələcəkdə Ukraynanın Rusiya üzərində qələbəsi gözlənilmir.
Zaxarova Borrellin Ukraynanın yaxın gələcəkdə qələbəsənin gözlənilmədiyi fikrinə münasibət bildirib
11
noyabr
18:03

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat