İsrailin Təhlükəsizlik Kabineti ölkənin radikal Fələstinin HƏMAS hərəkatı ilə münaqişəsi fonunda hökumətə milli təhlükəsizliyi təhdid edən xarici xəbər televiziya kanallarının yayımını bağlamağa icazə verən qaydaları təsdiqləyib.
Bu barədə "The Jerusalem Post" məlumat yayıb.
Qeyd olunur ki, müvafiq qərar İsrailin rabitə naziri Şlomo Karyanın dəfələrlə Livanın “Al Mayadeen” telekanalı və Qətərin “Əl-Cəzirə” telekanalını ölkədə yayımını dayandırmağa çağırması ilə əlaqədar qəbul edilib.
Onun sözlərinə görə, Qətər telekanalı HƏMAS-a informasiya dəstəyi verir və İsrail hərbçilərini Qəzzadan hücum riskinə məruz qoyur. Nazirin sözlərinə görə, “Al Mayadeen” Livanın radikal Hizbullah təşkilatı tərəfindən istifadə olunur və hətta onun İranın dəstəyi ilə fəaliyyət göstərən bölmələrindən biri sayıla bilər.
Oktyabrın 7-də HƏMAS Əl-Əqsa daşqını əməliyyatına başladığını elan etdikdən sonra Qəzza zolağından minlərlə HƏMAS yaraqlısının İsrailə sızmasından sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.
İsrail bu xarici telekanalların yayımını qadağan etdi
13
noyabr
10:09

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat