Avropa İttifaqnın (Aİ) Ukraynaya dəstək məsələsində çətinliklər var.

Bu barədə “Blomberg” məlumat yayıb.

Bildirilib ki, Brüssel Ukraynaya artilleriya mərmilərinin tədarükü ilə bağlı problemlər yaşayır: “Görünür, qurum martın sonuna qədər Kiyevə 1 milyon artilleriya mərmisi göndərmək vədini yerinə yetirməyəcək”.

Həmçinin qeyd olunub ki, davamlı yardım vədlərinə baxmayaraq, Aİ müxtəlif maliyyə paketləri üzərində razılığa gəlməkdə çətinlik çəkir: “Bundan başqa, Rusiyaya qarşı sanksiyaların tətbiqi təxirə salınıb”.

Məlumata görə, Ukrayna xarici işlər naziri Dmitro Kuleba Aİ xarici işlər nazirlərinin bu gün Brüsseldə keçiriləcək iclasında bu məsələləri qaldıracaq.скачать dle 12.1