Ermənistanın KTMT-yə ünvanladığı çoxlu sualları var ki, onlara cavab ala bilmir. KTMT tədbirlərində iştirak etməməyimizin səbəbi də budur. 

Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. 

O, "Ermənistan tərəfi KTMT-nin iclaslarında iştirak etmirsə, onda niyə həmin strukturu tərk etmir" sualına cavabında qeyd edib: "Biz 2021-ci ilin may ayında Azərbaycan qoşunları ilə qarşıdurma zamanı KTMT-yə müraciət etmişik. KTMT-dən kömək istəyib, lazımi yardımı almamışıq. Həmin andan bizim KTMT-yə çoxlu suallarımız olub və indiyədək həmin suallara cavabımız yoxdur. Bizim iştirak etməməyimizin səbəbi də budur".скачать dle 12.1