Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, 15 yaşlı Adam Kadırov yeddinci mükafatı alıb.
Rusiya KİV bildirir ki, bu dəfə respublikanın müftisi Salah Mejiyev onu 1-ci dərəcəli “İslam dininə xidmətə görə” ordeni ilə təltif edib. Bu barədə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev Teleqram kanalında məlumat verib.
Onun sözlərinə görə, mükafatlandırma mərasimində Şimali Qafqazın bütün bölgələrinin müftiləri, eləcə də digər ölkələrin din xadimləri iştirak ediblər. Onların hamısı “Müasir çağırışlar kontekstində mənəvi dəyərlər dağıdıcı ideologiyanın qarşısının alınmasının əsası kimi” Beynəlxalq Elmi-Praktik Konfransda iştirak ediblər.
“Orden İslamın möhkəmlənməsinə və onun dəyərlərinin qorunmasına mühüm şəxsi töhfəsinə görə verilib!” – Dudayev yazıb.
Noyabrın əvvəlində Dudayev bildirib ki, Adam Kadırov erkən yaşlarından Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universitetində dünyanın ən yaxşı təlimatçılarından hərbi işlər və taktiki atıcılığı öyrənir.
Nazir onu da qeyd edib ki, Adam Kadırov əla silah atıcısıdır və ondan istifadə etməyi bilir.
Kadırovun 15 yaşlı oğluna yeddinci mükafat verildi
15
noyabr
16:05

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat