Moskva metrosunda silahlı insident baş verib. 

Bu barədə REN TV məlumat yayıb. 

Məlumata görə, insident səhər saatlarında metronun "Ryazanski prospekt" stansiyasında baş verib. Sərnşinlərdən biri ov tüfəngini çıxararaq atəş açmağa başlayıb. O, dərhal saxlanılıb. 

Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Digər təfərrüatlar hələlik məlum deyil.скачать dle 12.1