Noyabrın 17-si gecə boyu Leonid meteor selinin piki baş verəcək.
Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, ay saat 20:35-də batacaq və onun işığı meteorları görməyə mane olmayacaq. Ayın olmadığı qaranlıq səmada saatda 10-15 meteor görmək mümkündür.
Leonidləri 2 dekabra kimi müşahidə etmək mümkün olacaq. Meteorlar gecəyarısına yaxın üfüqə yaxın hissədə, əsasən Şir bürcü ətrafında müşahidə olunmağa başlayacaq.
Paralel trayektoriya ilə Yerin atmosferinə daxil olan meteoridlər bu cür meteor sellərini yaradır. Onların səmada peyda olduğu nöqtə radiant adlanır və adətən meteor selləri həmin radianta uyğun gələn bürclərin adı ilə adlandırılır.
Qeyd edək ki, 1966-cı il noyabrın 17-də səhər saatlarında 15 dəqiqə ərzində dəqiqədə minlərlə meteor düşmüşdür. Həmin gecə Leonid meteorları qısa müddət ərzində yağış kimi yağmışdı. Bu hadisə insanlarda Yerin kosmosda hərəkət edərkən meteor axınından keçməsi barədə təəssürat yaratdı. Leonidlərin bu cür intensiv yağışı 33-34 illik periodla təkrarlanır.
2023-cü ilin sonunadək 14-15 dekabrdaa Geminid meteor selinin, 22-23 dekabrda isə Ursid meteor selinin piki gözlənilir. Geminid meteor selinin pikində saatda 150, Ursidlərdə isə 10-dan çox meteor düşür. 21-22 dekabrda tam Ay fazasına yaxın olduğundan Ursidlərin müşahidəsinə mane olacaq.
Bu gün Leonid meteor selinin piki başlayır
17
noyabr
15:28

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat