Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəisi, general-polkovnik Movses Akopyanın ötən gün anidən istefa verməsi ölkədə müzakirələrə səbəb olub. İddia olunub ki, keçmiş baş hərbi müfəttiş Baş nazirin xanımı Anna Akopyana irad bildirdiyinə görə vəzifəsindən getməli olub.
Movses Akopyan bu gün mətbuat konfransı keçirərək yayılan söz-söhbətə aydınlıq gətirib. O bildirib ki, Anna Akopyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində hərbi iclasların keçirildiyi komandanlığa gəlib, baxmayaraq ki, ora kənar şəxslərin girişi qadağan idi.
M. Akopyan qeyd edib ki, o, Anna Akopyanı komanda məntəqəsinin otağında monitorda döyüş qeydlərinə baxarkən görüb. O, A. Akopyana yaxınlaşaraq burada olmasına ehtiyac olmadığını bildirib.
“Dedim ki, lazım deyil, burada kişilər danışır, söyüş söyür. “Yaxşı” dedi. Dörd saatdan sonra məni İrəvana müdafiə naziri ilə görüşə çağırdılar. Qarabağa qayıdacağım ümidi ilə gəldim. Ancaq nazir mənə bundan sonra getməməli olduğumu bildirdi”,- deyə Akopyan vurğulayıb.
Akopyan qeyd edib ki, bundan sonra Paşinyan onun komanda məntəqəsinə getməsini qadağan edib.
General Paşinyanın həyat yoldaşına irad bildirdiyinə görə işdən çıxarılıbmış
19
noyabr
19:13

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat