Kremlin mətbuat katibi Dmitri Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanın Bakının guya rəsmi İrəvana qarşı “Qərbi Azərbaycan” konsepsiyası irəli sürməsi ilə bağlı açıqlamalarına münasibət bildirib.
Kreml rəsmisi Azərbaycandan dövlət səviyyəsində belə açıqlamalar eşitmədiyini, əksinə rəsmi Bakının sülh gündəliyinə sadiq açıqlamalar verdiyini bildirib.
“Təəssüf ki, mən Paşinyanın sözləri ilə bağlı heç nə deyə bilmərəm, çünki Azərbaycanın dövlət səviyyəsində bu cür bəyanatları ilə tanış deyiləm. Biz ölkə rəhbərliyindən, Azərbaycan rəhbərliyindən tamamilə başqa açıqlamalar eşitmişik, hansı ki, bir mərhələnin başa çatmasından və sülh müqaviləsinin bağlanması üçün yekun mərhələyə hazır olmaqdan bəhs edir”, - Peskov jurnalistlərə bildirib.
“Ona görə də mən hazırda cənab Paşinyanın bəyanatının bu hissəsi barədə konkret heç nə deyə bilmərəm”, – Peskov əlavə edib.
Xatırladaq ki, bundan əvvəl Paşinyan bildirib ki, Azərbaycanın bəzi addımları Ermənistana qarşı yeni hərbi əməliyyatlara hazırlaşdığı təəssüratı yaradır. Ermənistanın Baş nazirinin sözlərinə görə, Azərbaycanda rəsmi səviyyədə Ermənistan ərazisini Qərbi Azərbaycan adlandırılmağa başlayıb.
Kreml Paşinyanın Azərbaycana qarşı səsləndirdiyi iddiaları təsdiq etməyib
20
noyabr
14:26

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat