Fransa imperatoru Napoleon Bonaparta məxsus keçə papaq Parisdə hərraca çıxarılıb.

AZƏRTAC xəbər verir ki, imperatorun papağı noyabrın 19-da “Osenat” satış evində 1,932 milyon avroya satılıb. Satış evinin məlumatına görə, papaq hərracdan əvvəl 600-800 min avro dəyərində qiymətləndirilirdi.

On beş illik hakimiyyəti dövründə Napoleonun xarakterik formaya malik 120-yə yaxın papağı olub. Hərracda alıcılara imperatorun saçı və dəsmalı, Müqəddəs Yelena adasında taxdığı əlcəklər və geyindiyi köynək də təklif edilib.скачать dle 12.1