Yanvarın 1-də saat 15 radələrində Mingəçevir şəhər sakini 1948-ci il təvəllüdlü Əhmədova Afaq İbiş qızının yaşadığı ünvanda meyitinin aşkarlanması barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan bildirilib ki, cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq,prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla Afaq Əhmədovanın 1981-ci il təvəllüdlü, Mingəçevir şəhər rayonlararası Əsəb-ruhi dispanserində “paranoid şizofreniya” xəstəliyi diaqnozu ilə qeydiyyatda olan oğlu Əhmədov İslam Yaşar oğlu tərəfindən aralarında yaranmış münaqişə zəminində çəkiclə vurularaq öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.
İslam Əhmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Anasını çəkiclə qətlə yetirən şəxs həbs edildi
02
yanvar
19:41

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat