Yanvarın 7-də “UPD” qəsəbəsi ərazisindən qəsəbə sakini E.Əliyevin “VAZ-2104” markalı avtomobili qaçırılıb.
 DİN mətbuat xidməti bildirir ki, bu barədə Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal başlanılan əməliyyat tədbirləri ilə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Ramazanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 3 qrama yaxın heroin götürülüb.
Araşdırmalarla onun F.Məmmədova məxsus “Reno” markalı avtomobildən oğurluq etməsi və bu hadisələri Bakı şəhər sakini B.Cəlilov və  Ağdam rayon sakini Ş.Nəcəfov ilə birgə törətməsi müəyyən edilib. B.Cəlilov və Ş.Nəcəfov da saxlanılıblar. Şəxsi axtarış zamanı B.Cəlilovdan 3 qrama yaxın, Ş.Nəcəfovdan isə 4 qrama yaxın heroin götürülüb.
Ətraflarında aparılan tədbirlərlə onların Q.Pirəliyevin “VAZ-2106” markalı avtomobilini qaçırmaları da müəyyən edilib.
E.Əliyevə məxsus avtomobil Hövsan qəsəbəsi ərazisində tapılıb.скачать dle 12.1