Karantin rejimi dövründə qanunsuz sərnişindaşıma ilə məşğul olan şəxs saxlanılıb.
Yenisabah.az xəbər verir ki, ötən gün 90-UD-678 dövlət nişanlı “Mercedes Sprinter” markalı mikroavtobusun sürücüsü nəzərədə tutulan saydan çox sərnişinlə Bakı-Qazax yolu ilə Qazax istiqamətinə hərəkətdə olub.
Qaradağ rayonu ərazisində yerləşən polis postunda Baş Dövlət Yol Polisi (DYP) İdarəsi əməkdaşları tərəfindən mikroavtobusun sürücüsünə “saxla” əmri verilib. Lakin o, polisin əmrinə tabe olmayıb.
Mikroavtobusun sürücüsünə "Nəvai" postu ərazisində DYP əməkdaşları tərəfindən “saxla” əmri verilib. O, yenə də polisin əmrinə tabe olmayaraq, mikroavtobusu onların üzərinə sürərək yoluna davam edib. (APA)
Kürdəmirdə yerləşən polis postunda DYP əməkdaşları tərəfindən yenə də mikroavtobusun sürücüsünə “saxla” əmri verilib. Həmin vaxt o, yenə də polisə tabe olmaq istəməyib və mikroavtobusdan düşərək qaçmağa cəhd edib. Sürücü polisləri təhdid edərək özünə qəsd edəcəyini bildirib. Buna baxmayaraq, DYP əməkdaşları sürücünü saxlayıb və o, Rayon Polis Şöbəsi əməkdaşlarına təhvil verilib.
Araşdırma zamanı məlum olub ki, mikroavtobusun sürücüsü Tərtər rayon sakini, 1997-ci il təvəllüdlü Kərimli Mətləb Teymur oğludur.
O da məlum olub ki, onun mikroavtobusu idarə etmək üçün nə "D" katiqoriyası, nə də etibarnaməsi olmayıb.
M. Kərimli Kürdəmir Rayon Məhkəməsinin qərarı ilə 7 sutka həbs edilib.
Sürücü mikroavtobusu polislərin üzərinə sürdü - Video
29
yanvar
11:46

Qarabağ
KOMMENTLƏR
Polisin əmrinə tabe olmayan “KamAz” sürücüsü tutuldu - FOTO
Polisə tabe olmayan “Kamaz“ sürücüsü təhlükəli anlar yaşatdı - FOTO
Bakıda polis komendant saatını pozan şəxsi atəş açaraq saxladı - VİDEO
Rayona getmək istəyən sürücü maşını YPX əməkdaşının üstünə sürüb qaçdı — Video
Bakıda sərxoş qadın polisləri hədələdi
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat