Abşeron rayonu, Hökməli qəsəbəsində yaşadıqları evdə oğlu tərəfindən bıçaqlanan 1981–ci il təvəllüdlü atanın müalicə aldığı xəstəxanada ölməsi barədə 29 yanvar 2021-ci il tarixdə, saat 22 radələrində rayon prokurorluğuna məlumat daxil olub.
Abşeron rayon prokurorluğundan daxil olan xəbərə görə, Cinayət prosessual normalara uyğun olaraq rayon prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yeri və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan bıçaq götürülüb və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
Aparılmış ilkin araşdırmalarla 2004-cü il təvəllüdlü İlkin Quliyevin (ad şərti olaraq qeyd olunub) həmin gün saat 18 radələrində yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı atasına bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmış və iş üzrə müvafiq ekspertizalar təyin edilib.
Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində İlkin Quliyev tutularaq istintaqa cəlb edilib.
Müdafiəçi və qanuni nümayəndəsinin iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən İ.Quliyev törətdiyi əməli tam etiraf edib.
Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Hökməlidə dəhşətli cinayət: Atasını qəddarlıqla qətlə yetirdi
30
yanvar
12:03

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat