Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 8-i saat 07:15 radələrində “Kral-Transport” MMC-nin müvəqqəti istismarında olan 132 nömrəli müntəzəm marşrut üzrə 10 TF 992 Dövlət Qeydiyyat Nişanlı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi olub.
"Əhmədli" metro stansiyasından Hövsan qəsəbəsi istiqamətində hərəkətdə olarkən avtobusun qarşısına çıxan piyada vurulub.
Hadisəylə əlaqədar “Kral-Transport” MMC-nin direktoru Sərvər Əliyev Agentliyə çağırılıb.
Qəza nəticəsində vəfat edən piyadanın təxminən 50 yaşlarında qadın olduğu bildirilir.
Qeyd edək ki, Zığ-Hövsan yolunda piyada keçidlərinin tikintisinin və yol salınmasının yarımçıq saxlanılması tez-tez analoji hadisələrin baş verməsinə səbəb olur. Artıq 3 ildir ki, tikinti işləri yarımçıq saxlanıb və sakinlər keçiddən istifadə edə bilmirlər.
Murad Əhməd
