Üç gün əvvəl Şəfəq Namətova adlı paytaxt sakini başına dəmir düşməsi nəticəsində həyatını itirib.
Bakısəsi Yenisabah.az-a istinadən xəbər verir ki, 34 yaşlı xanımın bu gün sosial şəbəkələrdə fotoları yayılıb.
Bildirək ki, gənc qadının ölümündə küləkli hava şəraiti əsas rol oynayıb. Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

скачать dle 12.1